Modern.az

Kamil Zeynallı bu maddələrlə ittiham olunur

Kamil Zeynallı bu maddələrlə ittiham olunur

Ölkə

21 Fevral 2024, 12:44

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfinin tələbi saxlanılıb. Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb.

 

Modern.az protokol əsasında Ermənistan Cinayət Məcəlləsini araşdırıb.

 

Protokola görə, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.

 

Məcəlləyə əsasən, 135.1 .1, 135.1.6 və 135.1.11 və 149.1-ci maddələr ayrı-ayrılıqda 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə, 147.1-ci maddə altı ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Ermənistan qanunvericiliyinə görə, cəza müddətlərinin cəmi 20 ildən çox olarsa, məsuliyyətə cəlb edilən şəxs barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilir.

 

Könül Fətullayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi