Ukrayna Polşa blokadasını aradan qaldırmaq üçün Dunay boyunca yeni ixrac marşrutu qurmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr bununla bağlı Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakova istinad edib.
"Bu il üçün planlarımız ixracatçılar üçün bütün süni maneələri aradan qaldırmaqdır və biz daxili logistikanı yaxşılaşdırmaq üçün çalışırıq. Rumıniya Polşa sərhədindən daha proqnozlaşdırıla bilən olduğundan, yuxarı Dunay vasitəsilə konteyner daşınmasını planlaşdırırıq", - o qeyd edib.