Modern.az

Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq

Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq

İdman

21 Fevral 2024, 22:58

Oyunçularımızın hər biri qalibiyyət üçün vuruşmalıdır.

 

Modern.az xəbər verir ki, bu sözləri Portuqaliyanın "Braqa” klubunun baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

 

Əsas məqsədlərinin mərhələ adlamaq olduğunu bildirən 53 yaşlı mütəxəssis əlavə edib: "Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Bu, mümkünsüz deyil. Komandamız yaxın zamanda Portuqaliya Kubokunu qazandı. Mövsüm hələ bitməyib. Qələbə qazanmaq üçün hələ zamanımız var. Oyunçularımızın hər biri qalibiyyət üçün vuruşmalıdır. Lakin bütün matçlarda bunu bacarmaq mümkünsüzdür".

 

Baş məşqçi Ağdam klubunun istənilən anda matçın taleyini həll edə biləcək gücdə olduğunu bildirib: "Evdəki görüşümüzdə vurulan ilk qol həlledici rol oynadı. Bu, "Qarabağ"ın üstünlüyə yiyələnməsinə səbəb oldu. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" güclü komandadır, keyfiyyətli futbolçuları var. Etiraf etmək lazımdır ki, ilk oyunda "Qarabağ" bizdən üstün idi. Bu da hesabda öz əksini tapdı. Ancaq sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli və məsuliyyətli olmalıyıq".

 

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub