Modern.az

Spikerdən Asiya Parlament Assambleyası ilə bağlı mühüm MESAJ

Spikerdən Asiya Parlament Assambleyası ilə bağlı mühüm MESAJ

22 Fevral 2024, 10:44

“Azərbaycan parlamenti olaraq biz APA-ya mühüm platforma kimi baxırıq. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirməyə birgə istəyimizi əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib. 

 

“APA-nın Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması ilə Assambleyanın işi daha da gücləndirilə bilər.


Yeni mexanizmlərin yaradılması da işimizi xeyli zənginləşdirəcək.


APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafı Assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına şərait yaradacaq.


Bildiyiniz kimi, Milli Məclis həm də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edir. Keçən il Antalyada bizim təşəbbüsümüzlə Şəbəkə APA-da müşahidəçi statusu almaq üçün müraciət etdi və ona verildi. Şəbəkədə APA-ya müşahidəçi statusunun verilməsi və əməkdaşlıq memorandumunun imzalanması hər iki quruma parlament diplomatiyasında fəal iştirak etməyə imkan verəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər