Modern.az

Muğanlı-İsmayıllı-Qəbələ yolu nə vaxt istifadəyə veriləcək?

Muğanlı-İsmayıllı-Qəbələ yolu nə vaxt istifadəyə veriləcək?

22 Fevral 2024, 11:50

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq.

 

“Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - Saleh Məmmədov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər