Türkiyənin Konya şəhərində “Beynəlxalq Akademik Təcili Tibbi Yardım Konqresi” keçirilib.
Modern.az xəbər verir ki, 17-19 fevral 2024-cü il tarixində “Acil Akademik Eğitim Derneği”-nin təşkilatçılığı ilə keçirilən konqresdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev iştirak edib.