Rusiya prezidenti Vladimir Putin bu gün Kazn şəhərində Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşüb.
Modern.az “Ria Novosti”yəistinadən xəbər verir ki, dövlət başçısı bir gün əvvəl Kazana gəlib, “Gələcəyin Oyunları - 2024”ün açılış mərasimində iştirak edib, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Serb Respublikası rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Vladimir Putin “Gələcəyin Oyunları - 2024”ün təşkilində göstərdiyi köməyə görə Tatarıstan rəhbəri Rüstəm Minnixanova təşəkkür edib. O, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
"Dünənki tədbirin təşkilində göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istədim. Bütün bunlar hələ də davam edir. Mən idman tədbirini nəzərdə tuturam. Bu, çox yüksək səviyyədə keçirilib. Tatarıstanda həmişə olduğu kimi, bunu necə edəcəyinizi bilirsiniz".