Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.
Modern.az-ın məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.
Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər. ("Qafqazinfo")