Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydeni “yararsız qoca” adlandırıb.
Modern.az xəbər verir ki, bununla da o, Amerika liderinin Rusiya prezidenti Vladimir Putinə qarşı söyüşlərinə cavab verib.
Xatırladaq ki, Bayden birbaşa təhqirdən əlavə, Putini ekzistensial təhlükənin səbəbi adlandırıb.
Medvedev buna cavab olaraq bildirib ki, belə təhlükəni Bayden kimi qocalar yaradır.
"ABŞ prezidentinin bəyanatlarından fərqli olaraq, ekzistensial təhlükəni iqlim deyil, Baydenin özü kimi yararsız qocalar yaradır", - deyə Dmitri Medvedev vurğulayıb.
O, həmçinin deyib ki, Amerika lideri öz hərəkətləri ilə Rusiyaya qarşı müharibəyə başlayır.
Bundan əvvəl Co Bayden Rusiya prezidentini “qancıq oğlu” və dəli adlandırmışdı.
Prezidentin mətbuat katibi Dmitri Peskov da təhqirdən danışıb və vurğulayıb ki, bu cür hərəkətlər yalnız Amerika liderinin özünü ləkələyir.