Modern.az

Prezidentliyə namizədlər səs verib - YENİLƏNİR

Prezidentliyə namizədlər səs verib - YENİLƏNİR

Ölkə

9 Oktyabr 2013, 13:27

Prezidentliyə namizədlərdan artıq bir neçəsi səsvermə prosesində iştirak ediblər. Modern.az xəbər verir ki, hal-hazırda olan məlumata görə, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verib.

***

Prezidentliyə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verib.

***

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc ailə üzvləri ilə birgə 23 saylı Nəsimi-Sabail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.

***
Prezidentliyə digər namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 16 saylı Yasamal II seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.

***

Namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən irəli sürülən Sərdar Cəlaloğlu həyat yoldaşı ilə birgə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı məntəqəsində səs verib. 

***

Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə səsvermə prosesində iştirak edib. O, 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi