Təsdiq edilmiş 2024-cü ilin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, hərbi attaşelik aparatının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası) ilə tanış olublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.
Hərbi attaşelər tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.