Modern.az

Ombudsman Suriyadan gətirilən azərbaycanlılarla görüşdü

Ombudsman Suriyadan gətirilən azərbaycanlılarla görüşdü

Aktual

22 Fevral 2024, 17:16

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Suriyadan ölkəmizə repatriasiya 7 nəfər azərbaycanlı ilə görüşüblər.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş şəxslərin psixoloji vəziyyəti də qiymətləndirilib.

 

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

 

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər