Modern.az

Medvedev Kremlin əsas hədəfini açıqladı: Kiyev və Oddesanı tutmaq

Medvedev Kremlin əsas hədəfini açıqladı: Kiyev və Oddesanı tutmaq

Aktual

22 Fevral 2024, 17:18

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada həyata keçirdikləri “xüsusi əməliyyat”ın məqsədlərinə çatmaq üçün Kiyevi tutmağın lazım olacağını” istisna etməyib.

 

Modern.az-ın məlumatına görə, Medvedev deyib ki, Kiyev Rusiyanın əleyhdarları tərəfindən idarə olunur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, rus qoşunları Kiyev üzərində nəzarəti bərqərar etməlidir.

 

O, "şəhərin tarixini, oradakı insanların həyat tərzini, hansı dildə danışdığını" nəzərə alaraq "Rus şəhəri" adlandırdığı Odessanı da xatırladıb.

 

"Odessa, evə qayıt, biz Rusiya Federasiyasında Odessanı çox gözləyirik", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini jurnalistlərə deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər