Modern.az

Sərnişin qatarında partlayış xəbəri yalandır - RƏSMİ

Sərnişin qatarında partlayış xəbəri yalandır - RƏSMİ

Aktual

22 Fevral 2024, 21:23

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

 

Bu barədə Modern.az-a Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

 

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

 

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər