Modern.az

“Qarabağ” “pley-off”u adlayaraq 1,2 milyon avro QAZANDI

“Qarabağ” “pley-off”u adlayaraq 1,2 milyon avro QAZANDI

İdman

23 Fevral 2024, 10:23

Ötən gecə “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununu yüksək səviyyədə keçirməklə adını tarixə yazdırdı. Ümumi hesabda Portuqaliyanın "Braqa" klubunu 6:5 hesıbı ilə üstələyən komandamız Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandı.
 

Modern.az xəbər verir ki, “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanmaqla həm də öz büdcəsini zənginləşdirib. Belə ki, pley-off mərhələsini adladığına görə, UEFA "Qarabağ"ın büdcəsinə 1,2 milyon avro köçürəcək.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi