Modern.az

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi TƏSDİQLƏNDİ

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi TƏSDİQLƏNDİ

Aktual

23 Fevral 2024, 13:12

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Qanun layihəsi Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 

Sənədə əsasən, Qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. O cümlədən bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.

 

Digər dəyişikliklə, mövcud Qanunun 4-cü maddəsində Qanunun şamil edildiyi şəxslər dairəsi yalnız ailə üzvlərindən ibarət olmadığından Qanun layihəsinin 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur. Ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər