Modern.az

Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi BAŞLADI

Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi BAŞLADI

Təhsil

23 Fevral 2024, 14:56

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.

 

Bu barədə Modern.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.

 

Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.

 

Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi