Modern.az

Rusiya hərbi sənayesinə kömək edən xarici şirkətlərə də sanksiya qoyulub

Rusiya hərbi sənayesinə kömək edən xarici şirkətlərə də sanksiya qoyulub

Dünya

23 Fevral 2024, 16:50

Avropa İttifaqı Hindistan, Qazaxıstan, Çin, Serbiya, Sinqapur, Tailand, Türkiyə və Şri-Lanka şirkətlərinə Rusiya hərbi-sənaye kompleksinə kömək etdiklərinə görə sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.

 

Sənədin preambulasında deyilir ki, Rusiya hərbi-sənaye kompleksi üçün əsas rolu Rusiya Federasiyasına tədarükün birbaşa qadağan edilməsindən sonra (5-ci sanksiyalar paketi) üçüncü ölkələrdən gətirilən elektron komponentlər oynayır.

 

Sonradan onların Rusiya hərbi-sənaye kompleksinin müəssisələrinə düşdüyünü bildirilib.

 

Əsasən, 13-cü paketdə qadağan olunmuş elektron komponentlər dronların istehsalı üçün elementlərə aiddir. Söhbət elektrik transformatorlarından, statik çeviricilərdən və induktorlardan gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi