Modern.az

Ər-arvad dalaşdı, uşaq yaralandı - YENİLƏNİB

Ər-arvad dalaşdı, uşaq yaralandı - YENİLƏNİB

Hadisə

23 Fevral 2024, 23:58

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən İ.İsrafilov saxlanılıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, 12 yaşlı qıza daxilə keçməyən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

23:30

 

Gəncədə ailədaxili mübahisə qanla bitib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

 

2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal 12 yaşlı qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.

 

Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. (Apa)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi