Modern.az

Qarb Paşinyan qarşısında tələb qoydu: ya bizimlə ol, ya da Rusiya ilə

Qarb Paşinyan qarşısında tələb qoydu: ya bizimlə ol, ya da Rusiya ilə

Dünya

24 Fevral 2024, 08:47

Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistan-Rusiya münasibətləri Qərbin tələbi olan açıq qarşıdurma mərhələsinə qədəm qoyub.

Modern.az xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məqalədə bildirlir ki, Qərb İrəvanın qarşısında tələb qoyub: bizimlə, yoxsa Rusiyanın yanında olduğuna qərar ver.

“Fransa mətbuatına müsahibə verən Nikol Paşinyan həmin tələbi yerinə yetirərək Ermənistanın KTMT üzvlüyünün dondurulduğunu, Rusiyanın ötən ilin sentyabrında Ermənistanda dövlət çevrilişinə cəhd etdiyini bildirib”, - yazıda vurğulanıb.

İrəvandakı rəsmi mənbələr qəzetə bildirib ki, Qərb baş nazirin müavini Mher Qriqoryanın gələcək səlahiyyətlərinin məqsədəuyğun olmaması məsələsini gündəmə gətirib.
 

“Hakimiyyətin Soros qanadı Mher Qriqoryandan mütəmadi olaraq Paşinyana şikayət edib, çünki onu Rusiyanın təsir fiquru hesab edirlər və Qriqoryanın Ermənistanda Qərbin planlarına mane olmasından şübhələnirlər”, - məqalədə yaılıb.

Qeyd olunub ki, hakim “Mülki müqavilə” partiyasında Mher Qriqoryanı ümumən “özlərininki” hesab etmirlər və onun əvəz etməli olduğunu düşünürlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Xameneinin Paşinyanla görüşü gündəm oldu - Qolu işləmədi