Modern.az

“Onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var” - RƏSMİ

“Onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var” - RƏSMİ

Aktual

24 Fevral 2024, 14:20

“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır”.

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, builki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək:

“Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək. Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var. Bu məlumatlar toplanaraq sistemləşdirilir”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər