Fevralın 24-də Nikol Paşinyanın sədrliyi ilə “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclası keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İdarə Heyəti iqtisadiyyat naziri vəzifəsinə Gevorq Papoyanın namizədliyini müzakirə edərək təsdiqləyib.
Xatırladaq ki, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan fevralın 14-də istefa verib.
O, bir müddət əvvəl nazirlikdə baş verən qalmaqallı hadisələrə görə istefaya gedib.
Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib.