Modern.az

Ermənistan KTMT çərçivəsində Belarusa nümayəndə göndərmədi

Ermənistan KTMT çərçivəsində Belarusa nümayəndə göndərmədi

Aktual

24 Fevral 2024, 17:25

Ermənistanın nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.

Modern.az xəbər verir ki, bunu də “Ria Novosti”yə KTMT PA-nın seçkilər üzrə missiyasının koordinatoru Alişer Ebayev deyib.

“KTMT-dən Ermənistan istisna olmaqla, demək olar ki, bütün ölkələrdən müşahidəçilər var. Bildiyiniz kimi, KTMT PA kollegial orqandır və onlar belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”.

Belarusda ilk dəfə olaraq parlamentin aşağı palatası və yerli deputat şuralarına seçkilər bir səsvermə günü - fevralın 25-də keçiriləcək.

Çərşənbə axşamı, fevralın 20-də erkən səsvermə başlayıb və fevralın 24-ü axşamadək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub