Modern.az

ABŞ rəsmisi tələbələrlə görüşdü

ABŞ rəsmisi tələbələrlə görüşdü

Aktual

24 Fevral 2024, 18:20

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

 

“İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb”, - məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi