Modern.az

“Səbail” “Sabah”a qalib gəldi

“Səbail” “Sabah”a qalib gəldi

İdman

24 Fevral 2024, 20:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş “Dənizçilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 52-ci dəqiqədə Aleksandr Ramalinqom açıb. Samir Abdullayev 90+2-ci dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

 

Günün ilk oyununda “Turan Tovuz” və “Neftçi” qollu heç-heçə edib – 1:1.

 

Bu nəticədən sonra xallarını 34-ə çatdıran “Səbail” 4-cü pilləyə yüksəlib. “Sabah” isə 31 xalla yeddinci yerdə qərarlaşıb.

 

Ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

 

Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi