Modern.az

Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur - Şeyx

Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur - Şeyx

Mədəniyyət

26 Fevral 2024, 10:52

Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur.

 

Modern.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

 

Şeyxülislam qeyd edib ki, Qarabağda bütün milli-mədəni irsimiz bərpa edilir.

 

“Hər bir məscid, kilsə yenidən təmir olunur, Şuşada və digər ərazilərdə yeni məscidlər tikilir. Ərazilərimizə qayıdan dindarlar bu ibadət yerlərindən istifadə edəcəklər. Bütün bunlara görə, Prezidentimizə təşəkkür edirik”, - o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?