Modern.az

Türmədə cəza çəkən jurnalist Elman Malıyev səs verib - FOTO

Türmədə cəza çəkən jurnalist Elman Malıyev səs verib - FOTO

9 Oktyabr 2013, 18:36

2010-cu ildə həbs edilən və 5 il müddətinə azadlıqdan məhrum edilən “Ekspress” qəzetinin sabiq əməkdaşı Elman Malıyev də bu gün prezident seçkisində səs verib.

Bu barədə məlumat verən “Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyevanın sözlərinə görə, Elman Malıyevlə 17 saylı cəzaçəkmə müəssisəsində qarşılaşıblar.
”Onunla cəzaçəkmə müəssisəsində qarşılaşmaq ağır oldu. Nə qədər olmasa həmkarımızın tikanlı məftillər arxasında olması adamı incidir” deyə Z.Quliyeva bildirib. Onun sözlərinə görə, Elman Malıyev özünü yaxşı hiss etdiyi deyib.

Modern.az-ın məlumatına görə, “Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.
Elmanın sözlərinə görə, Şəmkir rayonundan olan bir qadının ona atdığı şər-böhtan üzündən qanunsuz həbs olunub.
Elman Malıyev “Ekspress”dən əvvəl “Bu gün, “Yeni Müsavat” qəzetlərində çalışıb. Cəzasının 3 ili geridə qalan həmkarımızın azadlığa çıxmasına 2 il qalır.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi