Modern.az

Ermənistanın daxili işlər naziri Kamil Zeynallı məsələsindən DANIŞDI

Ermənistanın daxili işlər naziri Kamil Zeynallı məsələsindən DANIŞDI

Hadisə

26 Fevral 2024, 14:48

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bir neçə gün öncə Rusiyada saxlanılan və daha sonra sərbəst burasılan Azərbaycan vətəndaşı Kamil Zeynallı ilə bağlı məsələyə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan tərəfi Azərbaycan vətəndaşı Kamil Zeynallı ilə bağlı Rusiya tərəfinin sorğusuna dərhal cavab verib.

“Biz öz funksiyalarımızı yerinə yetirmişik, digər məqamlara cavab verə bilmərəm” deyə Vahe Kazaryan Moskvada MDB axtarışında olan azərbaycanlının azad edilməsi faktını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bu, bizim geri çəkilmədiyimiz prosedurdur. Cinayətkarı yaxalaya bilsələr, o zaman xahişlə bizə müraciət edirlər, biz də suala cavab veririk ki, bu və ya digər şəxs axtarılır, yoxsa yox? Onlar da eyni şeyi edirlər. Biz sorğunu elə həmin gün aldıq və dərhal cavab verdik”, – Kazaryan deyib.

Eyni zamanda nazir bu suala da cavab verə bilməyib: Rusiya tərəfinə cavab verildiyi vaxt azərbaycanlı azad idi, ya yox?

“Bizim axtarışda olan başqa şəxslərimiz də var idi ki, onlar da tutuldu və yenidən sərbəst buraxıldı. Rusiya tərəfi buna cavab verməlidir”, - nazir bildirib.

Xatırladaq ki, fevralın 20-də Ermənistan tərəfindən qətldə ittiham olunaraq axtarışa verilən azərbaycanlı idmançı Kamil Zeynallı Moskvada saxlanılıb. Fevralın 21-də Azərbaycan tərəfinin müdaxiləsindən sonra K.Zeynallı sərbəst buraxılıb,

Fevralın 22-də Zeynallı Bakıya qayıtdıqdan sonra Ermənistan Baş Prokurorluğu axtarışda olan şəxsin təhvil verilməsi üçün Rusiya Federasiyasına sorğu göndərmək niyyətində olduğunu açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi