Modern.az

Xocalıda qətlə yetirilən qurbanları yad edirik - İsrail səfiri

Xocalıda qətlə yetirilən qurbanları yad edirik - İsrail səfiri

Aktual

26 Fevral 2024, 16:48

“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” hesabında paylaşımında bildirib.

 

Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: “Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız insanların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir”, - səfir deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər