Modern.az

Ermənistan prezidenti İraqa gedib

Ermənistan prezidenti İraqa gedib

Dünya

26 Fevral 2024, 17:22

Ermənistan prezidenti Vahaqn Xaçaturyan İraqa rəsmi səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Məlumata görə, Ermənistan prezidentini Bağdad beynəlxalq hava limanında İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn qarşılayıb. Səfər çərçivəsində Xaçaturyan İraq prezidenti Əbdül Lətif Rəşid və baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşəcək.

 

O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının prezidenti Neçivan Bərzani ilə görüşlər keçirəcək.

 

Vahaqn Xaçaturyan İraqdakı erməni icmalarının nümayəndələri ilə də görüşəcək. Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gedib və biznes forumda iştirak edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi