Modern.az

Səfir Bosniya mətbuatında Xocalıdan danışdı

Səfir Bosniya mətbuatında Xocalıdan danışdı

Aktual

26 Fevral 2024, 19:35

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Anadolu Balkan” agentliyinin boşnak xidmətinə geniş müsahibə verib.

 

Modern.az xəbər verir ki, “Xocalı soyqırımı XX yüzilliyin ən qəddar cinayətidir” adlı müsahibədə diplomat ötən yüzilliyin əvvəlindən başlayaraq beyinləri daşnak ideologiyası ilə zəhərlənmiş erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri etnik cinayətlərin geniş tarixi və coğrafiyasından bəhs edib. Səfir Xocalıda Köçəryan, Sarkisyan, Balasanyan və başqa erməni siyasi qatillərinin planlı şəkildə törətdikləri etnik qırğının öz miqyasına və amansızlığına görə xüsusilə seçildiyini vurğulayıb.

 

Vilayət Quliyev böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə, isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrenitsada da həyata keçirildiyini qeyd edib.

 

Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının dostluq parkında Xocalı və Srebrenitsa analarının heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirilib.

 

Diplomat son 32 ildə ilk dəfə Xocalı şəhidlərinin xatirəsinin qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad etdikləri Xocalıda qeyd olunduğunu bildirib. Hazırda şəhərdə böyük quruculuq-abadlıq işləri aparıldığını, oyqırımı dəhşətləri yaşamış Xocalı sakinlərinin tezliklə söz yurdlarına qayıdacaqlarını deyib. Səfir Xocalı faciəsinin yaraları sağaldılsa da, soyqırımının heç vaxt insanlarımızın yaddaşından silinməyəcəyini, yer üzündə oxşar cinayətlərin bir daha törədilməməsi üçün daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcəyini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi