Modern.az

"Qalatasaray" yenidən liderliyə yüksəldi

İdman

26 Fevral 2024, 23:51

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

 

Modern.as xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

 

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

 

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi