Modern.az

Bakıda qəza oldu - Tıxac yarandı

Bakıda qəza oldu - Tıxac yarandı

Hadisə

27 Fevral 2024, 10:42

Bakının Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi