Modern.az

Nazirliyin vəzifəli şəxslərinin martda bölgələrdə keçirəcəyi vətəndaş qəbulları - FOTO

Nazirliyin vəzifəli şəxslərinin martda bölgələrdə keçirəcəyi vətəndaş qəbulları - FOTO

27 Fevral 2024, 14:36

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

 

Modern.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

 

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin mart ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:

Nazirliyin vəzifəli şəxslərinin martda bölgələrdə keçirəcəyi vətəndaş qəbulları - FOTO

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər