Modern.az

NATO-nun baş katibi Makronu təkzib etdi

NATO-nun baş katibi Makronu təkzib etdi

27 Fevral 2024, 16:30

NATO öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.



Modern.az xəbər verir ki, bu barədə hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirmişik. Lakin Ukraynada NATO qoşunlarının yerləşdirilməsi planı yoxdur”, - Associated Press baş katibin sözlərini sitat gətirib.

 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini açıqlamışdı. Onun sözləri İsveç, Slovakiya, Polşa liderləri, eləcə də Fransanın siyasi dairələri tərəfindən sərt tənqid edilib.

 

Kreml də Makronun bəyanatına cavab verib və Fransa liderinin anti-Rusiya siyasətindən çoxdan xəbərdar olduqlarını qeyd edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər