Modern.az

“Braqa” səddini keçən “Qarabağ”dan futbolçularına yüksək məbləğdə MÜKAFAT

“Braqa” səddini keçən “Qarabağ”dan futbolçularına yüksək məbləğdə MÜKAFAT

27 Fevral 2024, 16:42

“Qarabağ” ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Avropa Liqasının 1/16 final mərhələsində “Braqa” ilə üz-üzə gələn “köhlən atlılar” Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, bu şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib.

 

Belə ki, əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

 

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini, yəni 37 500 manatını alıblar. Ehtiyatda qalanlara 25 min manat verilib. (Sportinfo.az)

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər