Modern.az

Meksika səfiri MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO

Meksika səfiri MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO

Aktual

27 Fevral 2024, 17:56

Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyeron və üçüncü katib, İnzibati ve Mədəni İşlər üzrə rəhbər Aristeo Gonzalez Guerrero, MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli və İdarə Heyəti üzvlərini ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı hər iki tərəf birbirləri haqda və edilməsi planlanan fəaliyyətlər barədə ətraflı məlumat verib.

 

Görüşdə Meksika və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq imkanları və ölkələr arası oluna biləcək mal mübadiləsi müzakirə edilib.

 

Rəşad Cabirli görüş zamanı Azərbaycanın 250 milyona açılan qapı olduğunu vurğulamış, Şuşa bəyənnaməsi haqqında məlumat verib.

 

Xanım Mariya Viktoriya Romero Kabalyeron, Meksikanın ən çox ticari saziş bağlayan ölkə olduğunu bildirmiş, Meksikanı Amerikaya açılan qapı olaraq adlandırmış və Meksikaya gətirilən məhsulların Amerikaya transportunun mümkün olduğunu söyləmişdir. Xanım Səfir, Meksikada hal hazırda logistika, kommunikasiya və turizm sahəsinin daha çox inkişaf etdiyini vurğulayıb.

 

Görüşdə İşçi qrupunun yaradılması və bu qrupa Meksika Xarici İşlər Nazirliyinin əməkdaşlarının da əlavə edilməsi qərarı alınmışdır. Bir sonraki görüşün virtual şəkildə, Zoom üzərindən olması və görüş zamanı əməkdaşlıq edilə biləcək sahələrin müəyyən edilməsi, qarşı tərəfin “Niyə Meksika” başlıqlı hesabat hazırlaması nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi