Modern.az

SEPAH və husilərə qarşı yeni SANKSİYALAR

SEPAH və husilərə qarşı yeni SANKSİYALAR

Dünya

27 Fevral 2024, 20:20

ABŞ və Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin bölmələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məlumat yayıb.

 

Husilərin təhlükəsizlik naziri Əli Hüseyn Bədrəddin əl-Husiyə də məhdudiyyətlər qoyulub.

 

“Bugünkü hərəkətlərimiz İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Husilərin sanksiyalarından yayınmasına və regionda növbəti hücumların maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək əzmimizi vurğulayır”, - nazir müavini qeyd edib.

 

Nelson əlavə edib ki, husilər qlobal ticarətin təhlükəsizliyini daim təhdid edirlər. Onun sözlərinə görə, Vaşinqton və London hərəkatın maliyyə axınına mane olmağa davam edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi