Modern.az

Cinayətkar qruplaşmaya qarşı əməliyyat - 7 nəfər öldürüldü

Cinayətkar qruplaşmaya qarşı əməliyyat - 7 nəfər öldürüldü

Dünya

28 Fevral 2024, 00:09

Rio-de-Janeyro şəhərində “Qırmızı komanda” cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, şəhərin bir neçə bölgəsində qrup üzvləri barrikadalar qurub, küçələrə yandırıcı maddə tökərək polisin hərəkətinə mane olmağa çalışıblar.

 

Qrup üzvləri ilə atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb, 7 şübhəli öldürülüb.

 

Daha 2 nəfər həbs edilib. Mütəşəkkil cinayətkar dəstə üzvlərindən tüfənglər, tapançalar, radiovericilər, döyüş sursatları və narkotik vasitələr götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi