Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı

28 Fevral 2024, 09:40

Fevralın 27-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər