Modern.az

Suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir

Suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir

Parlament

28 Fevral 2024, 10:49

“Proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib

 

“Belə ki, kənd təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir”, - deyə komitə sədri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi