Modern.az

Paşinyan deputatlarla qapalı görüşə hazırlaşır

Paşinyan deputatlarla qapalı görüşə hazırlaşır

28 Fevral 2024, 11:08

Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə parlamentdə hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla daha bir qapalı görüş keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Bildirilib ki, qapalı görüşün yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur, lakin Paşinyanın planından asılı olaraq bəzi dəyişikliklər mümkündür.

“Fevralın 26-da keçirilən görüşdən sonra hələ də müzakirəsinə vaxt çatmayan suallar və mövzular var, ona görə də deputatlar baş nazirlə növbəti görüş keçirməyi planlaşdırırlar”, - nəşr yazır.

Xatırladaq ki, Ermənistanın baş naziri ötən görüşdə Münhen danışıqlarının nəticələrini, xüsusən də Azərbaycan prezidenti ilə görüşünün təfərrüatlarını təqdim edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər