Modern.az

İldə 30-40 erkən nikah halının qarşısı alınır - Komitə rəsmisi

İldə 30-40 erkən nikah halının qarşısı alınır - Komitə rəsmisi

Aktual

28 Fevral 2024, 11:12

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində 30-40 erkən nikah halının qarşısı alınır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

 

Onun sözlərinə görə, eyni zamanda, yerli icra hakimiyyəti orqanlarından da məlumatları sorğu edirlər:

 

“Onların verdiyi məlumata görə, 2022-ci ildə 300-ə yaxın erkən nikah halının qarşısı alınıb. Yeni statistika məlumatlar toplandıqdan sonra ictimaiyyətə təqdim olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər