Modern.az

Kamran Əliyev Qubadlıya prokuror təyin etdi

Kamran Əliyev Qubadlıya prokuror təyin etdi

Ölkə

28 Fevral 2024, 12:08

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

 

Modern.az xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin olunub. 

 

Qubadlıda anadan olan Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal