Modern.az

Rıjkova niyə Ermənistanın Milli Qəhrəmanı adı verilmişdi...

Rıjkova niyə Ermənistanın Milli Qəhrəmanı adı verilmişdi...

28 Fevral 2024, 12:12

Xəbər verdiyimiz kimi, keçmiş SSRİ hökumətinin sonuncu başçısı olmuş Nikolay Rıjkov 94 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Telegram kanalında bildirib.

Qeyd edək ki, Rıjkov “yenidənqurma dövrü”ndə SSRİ hökumətinin başçısı olub.

Nikolay İvanoviç Rıjkov 28 sentyabr 1929-cu ildə Donetsk vilayətində anadan olub. Kirov adına Ural Politexnik İnstitutunu bitirib. Əvvəlcə istehsalatda çalışb, sonra karyerasını partiya xətti ilə davam etdirib.

1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində çalışıb.

1986-cı ildə Çernobıl AES-də qəzanın, 1988-ci ildə Spitakda (Ermənistan) baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargaha rəhbərlik edib.

N.Rıjkov 1995-2003-cü illərdə Dövlət Dumasının deputatı olub, sonrakı 20 ildə isə Federasiya Şurasında Belqorod vilayətini təmsil edib - senator olub. O, 2023-cü ildə senatorluqdan istefa verib.

O, Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb (2008) və “Vətən” ordeni ilə təltif edilib.

Rıjkov Ermənistanın qeyri-erməni əsilli yeganə Milli Qəhrəmanı idi. O, 1988-ci il Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılmasına böyük töhfə verib. Ermənilər onu "Ermənistanın böyük dostu" adlandırıblar, müstəqillik elan edildikdən sonra Federasiya Şurasının üzvü kimi Ermənistan və Rusiyanın parlamentlərarası strukturlarının işində fəal iştirak edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər