Modern.az

Laçında itkin düşən hərbçimiz bu rayondandır

Laçında itkin düşən hərbçimiz bu rayondandır

28 Fevral 2024, 13:50

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hərbçinin saxlanıldığını, hadisə ilə əlaqədar cinayət işinin açıldığını bildirib.

 

Modern.az-ın məlumatına görə, Ruslan Pənahov əslən Şəmkir rayonundandır. O, 7 aydır ki, Laçında xidmət edirdi.

 

Qeyd edək ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal