Modern.az

Tələbələr \"Modern Media Qrup\"da - FOTOLAR

Tələbələr \

12 Mart 2024, 14:53

Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Şuranın İcraçı Katibinin müavini Fəridə Ağazadə ilə birlikdə "Modern Media Qrup"da olublar.

 

Modern.az xəbər verir ki, Mətbuat Şurasınının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, "Modern Media Qrup"un direktoru Elşad Eyvazlı tələbələrlə görüşüb, onlara Media Qrupu barədə məlumatlar verib. 

 

E.Eyvazlı qeyd edib ki, "Modern.az" saytı jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. O bildirib ki, "Modern.az" tanınmış media qurumu olmaqla yanaşı, həm də inanılan və etibarlı kütləvi informasiya vasitəsi kimi qəbul edilir. 

 

Tələbələr "Modern Media Qrup"a daxil olan "Modern.az" saytının, “Azedu.az” təhsil platformasının redaksiyalarında olublar.

 

Onlar, həmçinin “MediaTürk" TV-nin studiyası ilə tanış olublar, studiyanın qonağı professor, siyasi şərhçi Sabir Məmmədli, aparıcılar Səidə Bəkirqızı və Heydər İsmayılovla xatirə şəkli çəkdiriblər.

 

Təcrübə proqramında iştirak edən tələbələr "Modern Media Qrup"dan xoş təəssüratlarla ayrılıblar.

 

13310291331030

 

1331033

1331034

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır