Modern.az

Laçında itkin düşən hərbçimizin anası: "Dünən danışdım, yaxşıyam dedi"

Laçında itkin düşən hərbçimizin anası:

Ölkə

28 Fevral 2024, 15:00

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Modern.az xəbər verir ki, Ruslan Pənahov 2005-ci il mayın 29-da anadan olub.

 

Anasının verdiyi məlumata görə, o, iyul ayında hərbi xidmətə yollanıb. Ruslan Pənahov ailəsi ilə dünən danışıb və vəziyyətinin yaxşı olduğunu deyib.

 

“Ruslanın 19 yaşı var.  O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdır. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”, o deyib.

 

Hərbçimizin nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub: “Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.

 

Ruslan Pənahov ailənin üç övladından biridir.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hərbçinin saxlanıldığını, hadisə ilə əlaqədar cinayət işinin açıldığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi