Modern.az

Novruz bayramında əfv OLACAQ?

Novruz bayramında əfv OLACAQ?

Ölkə

28 Fevral 2024, 17:40

Adətən bayram ərəfələrində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanır. Artıq Novruz bayramı yaxınlaşır. 

 

Maraqlıdır, Novruz bayramı ərəfəsində əfv sərəncamı olacaq?

 

Modern.az məsələ ilə bağlı Əfv Komissiyasının üzvləri ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Fazil Mustafa Novruz bayramı ərəfəsində əfvin gözlənilmədiyini bildirib:

 

"Əfv məsələsi Prezidentin müstəsna səlahiyyətidir. Əfv sərəncamı bəzən bayram günlərinə, müəyyən hallarda isə başqa vaxtlara təsadüf edir. Bunun konkret vaxtı yoxdur.Əlbəttə, bu məsələr yəqin ki, təhlil olunur. Çox güman ki, il ərzində hər hansı əfv prosesi həyata keçirilə bilər. Novruz Bayramı ərəfəsində isə əfvin olması gözlənilmir. Çünki bu əvvəlcədən müzakirə olunmalı məsələdir. Hələki müzakirələr getmir. Buna görə də  ehtimal yoxdur.Lakin yenə deyirəm ki,il ərzində əfv sərəncamının verilməsi mümkündür".

Əfv Kommisyasının digər bir üzvü Rəşad Məcid də əfv sərəncamının Novruz bayramı ərəfəsində olmayacağını söyləyib:

 

"Hələki əfv komissiyasının iclasları başlamayıb. İclaslar başlasa belə, çox güman ki, proses Novruz Bayramına çatmaz. Növbəti bayramlarda, ola bilsin ki, əfv olar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub