Modern.az

“SİMA İmza” ilə mağazaya getmədən kreditlə məhsul almaq mümkün oldu

“SİMA İmza” ilə mağazaya getmədən kreditlə məhsul almaq mümkün oldu

Aktual

28 Fevral 2024, 17:07

“AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza kommersiya qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, “SİMA İmza”nın yeni tərəfdaşı “Star GSM” ASC şirkəti olub. Artıq “Star GSM” mağazalarından kreditlə məhsul almaq istəyən şəxslər “SİMA İmza” vasitəsilə bu prosesi mağazaya getmədən reallaşdıra bilərlər. Kredit üçün müraciət etmiş və müsbət cavab almış şəxslərə “Star GSM” tərəfindən SMS vasitəsilə link göndəriləcək. Müştəri həmin linkə daxil olub “SİMA İmza” vasitəsilə sənədləri imzalayacaq.

 

Qeyd edək ki, kredit müqaviləsini imzalamaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir. Müqaviləni imzaladıqdan sonra məhsul şirkət tərəfindən müştərinin ünvanına çatdırılacaq.

 

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi